İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan-Paris-İrəvan reysinin uçuşu baş tutmayıb

Türkiyə hava məkanını bağladığı üçün Ermənistan aviaşirkətinin daha bir reysində problemlər yaranıb. Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb.

İtəvan-Paris-İrəvan reysinin 80-ə yaxın sərnişini Ermənistan paytaxtındakı Zvartnots hava limanında ilişib qalıb, Flyone Armenia-nın Direktorlar Şurasının sədri Aram Ananyan yerli mediaya bildirib.

Onun sözlərinə görə, xəsarət alan sərnişinlər şirkətin Parisdəki xidməti və nümayəndəliyi ilə əlaqə saxlaya bilərlər ki, aviaşirkət onların geri qayıtmasını təşkil etsin və ya kompensasiya ödəsin.

Bundan əvvəl Ankaranın Flyone Armenia üçün hava məkanını bağladığına görə Paris-İrəvan reysi Kişinyovda məcburi eniş etmişdi. Bir neçə saat sonra isə Zvartnots hava limanına dönə bilmişdi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR