Onlayn ictimai-siyasi qəzet
Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Qazaxıstanda keçirilməsi planlaşdırılan danışıqların vaxtı hələ müəyyən edilməyib, çünki İrəvan bu təklifə hələ cavab verməyib.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakaev Mərkəzi Asiya ölkələri və Azərbaycan Respublikası ilə Ərəb İqtisadi Əməkdaşlıq Forumunun 3-cü iclası çərçivəsində jurnalistlərə deyib.
"Bu ölkələr - Ermənistan və Azərbaycan mənim yurisdiksiyam altında deyil, lakin bildiyimə görə, iştirakçılardan cavab verilmədiyi üçün görüşün tarixi hələ müəyyən edilməyib. Ermənistan hələlik razılıq verməyib, amma ümid edirik ki, bu danışıqlar baş tutacaq", - o deyib.
Bundan əvvəl, Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Smadiyarov Astanada keçirdiyi brifinqdə təsdiqləyib ki, həqiqətən də Almatıda belə danışıqlar planlaşdırılır və Qazaxıstan tərəfi hazırda Azərbaycan və Ermənistandakı həmkarları ilə əlaqə saxlayır. Eyni zamanda, onun sözlərinə görə, danışıqların yalnız bu iki tərəf arasında aparılması nəzərdə tutulur.
Onun sözlərinə görə, təsadüfi deyil ki, Qazaxıstan İrəvan və Bakıya bu danışıqlar üçün platforma olmağı təklif edib, onun Qarabağ probleminin həllində vasitəçilik rolu ötən əsrin 90-cı illərindən məlumdur.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ