İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan merliyinə namizədlərdən biri Çexiya vətəndaşı çıxıb


“İrəvanda seçkiqabağı qastrol səfərinə çıxmaq qərarına gələn Ayk Marutyan bir vacib suala səmimi cavab verməlidir: övladları və həyat yoldaşı hansı ölkənin vətəndaşıdır?”

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sual yerli “Joxovurd” qəzeti tərəfindən qoyulub.

Qəzet Ayk Marutyanın və həyat yoldaşı İva Marutyanın, habelə övladlarının Çexiya vətəndaşı olduğunu iddia edib. Məqalədə yazılana görə bununla bağlı verilən sorğular bütün cəhdlərə rəğmən cavabsız qalıb.

“Lakin onların xarici vətəndaş olması barədə bizə dəqiq məlumat daxil olub. Ümid edirik ki, bu yazıdan sonra şəffaf “mer” qarşıdakı solo çıxışlarından birində ailə üzvlərinin hansı ölkənin vətəndaşı olduğunu izah edəcək, bu da onun Vətənə olan sevgisini, münasibətini nümayiş etdirəcək”, - deyə qəzet istehza ilə yazır.

Qeyd edək ki, Ayk Marutyan rusiyapərəst namizədlərdən sayılır. Kremlin digər “favoriti” Mane Tandilyandır. Onu Ruben Vardanyan da dəstəkləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR