Onlayn ictimai-siyasi qəzet
“Qərbyönlü analitiklər Ermənistanın guya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq istəyindən danışırlar, lakin Rusiya Federasiyası belə rəsmi siqnalları görmür”.
Musavat.com xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu jurnalistlərə TASS-ın sualını cavablandırarkən deyib.
“Biz bu mövzuda çoxlu müzakirələr görmüşük, o cümlədən, deyək ki, Ermənistanda olan və bunu dəfələrlə müzakirə edən qərbyönlü analitiklərin müzakirəsini. Amma bununla bağlı heç bir rəsmi siqnal almamışıq”, - Peskov əlavə edib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ