İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqın Kərkük vilayətində partlayış olub, səkkiz polis həlak olub

İraqın Kərkük vilayətinin şimalında partlayış baş verib, federal polisin 8 əməkdaşı ölüb.

“Report” xəbər verir ki, bu barədə “Rudaw” telekanalı məlumat yayıb.

Silahlıların bir neçə polis avtomobilinin marşrutu boyunca yerləşdirdiyi partlayıcı işə düşüb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ölənlər arasında Daxili İşlər Nazirliyinin qüvvələrinin zabiti də var.

Hadisə baş verən vaxt polis əməkdaşları Əl-Xuveyca kəndi yaxınlığındakı ərazidə patrul aparırmış.

Partlayışın İŞİD tərəfindən törədildiyi güman olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR