İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqda təhlükəli terrorçu həbs edilib

İraq ordusunun həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının 5 ən təhlükəli üzvü həbs edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Rəsul məlumat verib. O bildirib ki, terror qruplaşmasının 4 üzvü ilə yanaşı, rəhbərlərindən biri Əbu-Əli Bağdadi də həbs edilib. Terrorçular qəsdən adam öldürməkdə, terror aktları törədərək dövlətə və insanlara zərər vurmaqda, hərbçilərə qarşı cinayətdə ittiham olunurlar.

Mətbuat katibi nəzərə çatdırıb ki, xüsusi əməliyyatlar İraqın Süleymaniyə, Kərkük, Səlahəddin və Əl-Anbar vilayətlərində həyata keçirilib. Onun sözlərinə görə, xüsusi əməliyyatlar terror təşkilatı tam məhv edilənə kimi aparılacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR