İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqda etirazçılar parlament binasına daxil olublar

İraqda baş nazir postuna Məhəmməd əl-Sudaninin namizədliyinin irəli sürülməsindən narazı qalan nümayişçilər parlament binasına daxil olublar.

"Report" xəbər verir ki, bu barədə “Shafaq” agentliyi məlumat yayıb.

İraqın baş naziri Mustafa Əl-Kazemi nümayişçiləri dərhal parlament binasını tərk etməyə çağırıb.

Etirazçılar Bağdadın mərkəzində dövlət idarələri və səfirliklərin yerləşdiyi xüsusi mühafizə olunan “Yaşıl zona”ya, eləcə də hərbi aerodromla bitişik olan beynəlxalq hava limanına daxil ola biliblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR