İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqda ABŞ-ın hərbi bazası raket atəşinə tutuldu

İraqın qərbindəki Ənbər əyalətində ABŞ-ın Ayn əl-Əsəd bazasına iki hücum həyata keçirilib.

Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, hərbi obyektə raket zərbəsi endirilib. Daha sonra bazaya kamikadze dronları tərəfindən hücum edilib.

“Al Arabiya” telekanalı adı açıqlanmayan mənbələrə istinadən xəbər verir ki, ABŞ hərbçiləri pilotsuz təyyarələrin hücumunun qarşısını ala bilib.

Bazar ertəsi İraq İslami Müqavimət Hərəkatı şiə silahlılarının Suriya və İraqda ABŞ-ın dörd hərbi obyektinə altı hücum təşkil etdiyini bildirib.//Apa

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR