İnsanlara hürriyət, millətlərə istiqlal!

İraq və Azərbaycan arasında hava əlaqəsi inkişaf edir

İraqın milli aviadaşıyıcısı Heydər Əliyev Beynəlxalq Aeroportuna daha bir istiqamətdə müntəzəm reyslər yerinə yetirməyə başlayır.

Musavat.com bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir.

Məlumata görə, bu gündən “Iraqi Airways” həftədə bir dəfə Kərkük-Bakı-Kərkük marşrutu üzrə uçuşlar həyata keçirəcək.

İraq aviadaşıyıcısının təyyarəsi yerli vaxtla saat 13:37-də Bakıda uğurla eniş edib.

“Bakı hava limanı bütün sərnişinləri üçün xoş və təhlükəsiz mühit yaratmağa çalışır və geniş xidmət növləri təklif edir. Azərbaycan və İraq arasında hava əlaqələrinin genişləndirilməsi iki ölkə arasında münasibətlərin gələcək inkişafına mühüm töhfə verəcək”, - deyə aeroportun direktoru Teymur Həsənov bildirib.

Xatırladaq ki, Azərbaycan və İraq paytaxtları arasında ilk birbaşa reys artıq 2023-cü il noyabrın 19-da həyata keçirilib.

Uçuşlar haqqında daha ətraflı məlumatla sərnişinlər aviaşirkətin www.flyiraqiairways.com rəsmi saytında tanış ola bilərlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR