İnsanlara hürriyət, millətlərə istiqlal!

İraq Türkmənistandan ildə 10 milyard kubmetr qaz alacaq: Necə?

İraq ildə Türkmənistandan 10 milyard kubmetr qaz almaq istəyir.

Musavat.com Türkmənistanın TDH dövlət agentliyinə istinadən xəbər verir ki, qazın İran üzərindən svop yolu ilə əldə edilməsi nəzərdə tutulur.

Agentliyin məlumatına görə, dövlət naziri - “Türkmənqaz” dövlət konserninin sədri Məqsət Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 5-dən 8-dək Bağdadda işgüzar səfərdə olub. Türkmənistan və İraqın dövlət enerji strukturları türkmən qazının tədarükünə dair memorandum imzalayıblar.

Qeyd olunur ki, iraqlı tərəfdaşlar İran vasitəsilə svop sxemi çərçivəsində Türkmənistandan İraqa qaz nəqlində maraqlı olduqlarını bildiriblər. Eyni zamanda, İraq tərəfi hər il təxminən 10 milyard kubmetr həcmində Türkmənistan təbii qazını qəbul etməyə hazır olacaq. Tərəflər qaz sənayesində gələcək birgə fəaliyyət üçün hüquqi, kommersiya, maliyyə və təşkilati şərtləri ətraflı müzakirə ediblər.

Türkmənistan təsdiqlənmiş təbii qaz ehtiyatlarına görə dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yerdədir. Hazırda Türkmənistan təbii qazının ən böyük istehlakçısı Çindir.

Azərbaycan da İran üzərindən svop yolu ilə Türkmənistandan ildə 1,5 milyard kubmetr civarında qaz alır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR