Onlayn ictimai-siyasi qəzet
“İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır”.
Bunu APA-ya açıqlamasında İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əlaqələr və Müdafiə Diplomatiyası İdarəsinin rəisi general-mayor Məhəmməd Əhədi bildirib.
Məhəmməd Əhədi deyib ki, hazırda İran hərbi nümayəndə heyəti birgə Komissiyanın iclasında iştirak etmək üçün Bakıda səfərdədir:
“Nümayəndə heyəti iclasdan əvvəl Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüş də keçirib və görüşdə hərbi sahədə əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlinib”.
@@TVmusavat/68286@@
06 Fevral 2025
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ