Onlayn ictimai-siyasi qəzet
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əlaəddin Borucerdi İsrailin baş naziri Benyamin Netanyahunun İrana hücumun ilk gecəsi Rusiya prezidenti Vladimir Putinə zəng etdiyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
İranın dövlət televiziyasının verilişlərindən birinə qonaq olan millət vəkili deyib: “Netanyahu həmin gecə Putinə zəng edib və deyib ki, İranın işi bitib, növbəti mərhələni gözləyin!”
Deputat iddia edib ki, Netanyahunun bu cür çıxışları “İranın gücünü yetərincə anlamadan” verilir.
“Onlar bizim gücümüzü başa düşmürlər. Bu o demək deyil ki, biz müharibə niyyətindəyik, ancaq öz təhlükəsizliyimizi və maraqlarımızı müdafiə edirik”, - deyə Borucerdi vurğulayıb.
O, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmasının gündəmdə olub-olmaması ilə bağlı suala da cavab verib: “Düşünürəm ki, bir çox variant masadadır. Bu mövzuda qərarları isə Ali Milli Təhlükəsizlik Şurası və siyasi qurumlar verəcək”.
@@TVmusavat/125612@@
Musavat.com
28 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ