İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı deputat: Tehran Ermənistanın Təbrizdə baş konsulluğunun tezliklə açılmasında maraqlıdır

İran Ermənistanın Təbrizdə baş konsulluğunun tezliklə açılmasında maraqlıdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu İran parlamentinin deputatı Robert Beqlaryan yerli mətbuata müsahibəsində deyib.

“İran Ermənistanın bu cür niyyətlərini alqışlayır, çünki bu, təkcə siyasi nöqteyi-nəzərdən deyil, həm də iqtisadi və mədəni əlaqələri gücləndirə bilməsi baxımından vacibdir. İran buna çox ciddi yanaşır”, - deyə erməni əsilli deputat bildirib.

“Hərbi sahədə hansı tədbirlərin görüldüyünü bilmirəm, lakin İranın diqqətlə izlədiyini və öz məlumat, fikrini Ermənistanla bölüşməyə və ya rəsmii İrəvanın narahatlığını eşitməyə çalışacağını gözləmək məntiqlidir”, - deyə Beqlaryan qeyd edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR