İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı casusun ifşa etdiyi ŞOK SİRLƏR - Tehranın MƏXFİ məlumatları üzə çıxdı

İranda İngiltərəyə casusluq ittihamı ilə edam edilən keçmiş müdafiə naziri müavini Əli Rza Əkbəri Fordodakı uranın zənginləşdirilməsi mərkəzini ifşa edib, Tehranın nüvə və hərbi sirlərini 15 il ərzində Britaniyaya ötürüb.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Nəşrin ABŞ, İngiltərə, Almaniya, İsrail və İranın indiki və keçmiş kəşfiyyat rəsmilərinə əsaslanaraq verdiyi xəbərə görə, casusluqda edam edilən Əkbəri 2004-2019-cu illər arasında ölkənin strateji məlumatlarını, o cümlədən nüvə sirlərini İngiltərəyə verib.

Qərbin təhlükəsizlik mənbələri qəzetə bildiriblər ki, Fordodakı uranın zənginləşdirilməsi mərkəzi və İranın nüvə silahı əldə etməsi ilə bağlı məlumatlar Əkbərinin sızdırdığı informasiyalardan biridir.

İngiltərənin 2008-ci ildə İsraillə bölüşdüyü kəşfiyyat məlumatları tezliklə Qərb kəşfiyyat xidmətlərinə ötürülüb. 2009-cu ilin sentyabrında Pitsburqda keçirilən G7 Sammitində ABŞ-ın o vaxtkı prezidenti Barak Obama Britaniya və Fransa liderləri ilə birlikdə İranın Fordo şəhərində uranın zənginləşdirilməsi obyektinin olduğunu bəyan etdikdən sonra beynəlxalq ictimaiyyətin İrana münasibəti dəyişib.

0 - 2023-05-02T183054.113.jpg (66 KB)

“The New York Times”ın məlumatına görə, “İngiltərənin ən mühüm casuslarından biri” adlandırılan Əkbəri bu illər ərzində 2020-ci ilin noyabrında paytaxt Tehranda İsrail tərəfindən qətlə yetirilən nüvə alimi Muhsin Fəhrizadə də daxil olmaqla, 100-dən çox İran rəsmisinin kimliyini və fəaliyyətini ifşa edib.

İranın Kəşfiyyat Nazirliyi yanvarın əvvəlində keçmiş müdafiə nazirinin müavini Əkbərinin ölkənin həssas və strateji mərkəzlərinin məlumatlarını Böyük Britaniyanın “Mİ6” kimi tanınan Gizli Kəşfiyyat Xidmətinə ötürməsini aşkar etdiyini açıqlayıb.

Açıqlamada Əkbəri “İranın strateji qurumları haqqında mühüm məlumatlar toplayan, topladığı məlumatları tam şüurlu və hədəflənmiş şəkildə Britaniya kəşfiyyatına təqdim edən ən mühüm casus kimi” olaraq xarakterizə edilib.

İran və Britaniya vətəndaşlığı olan keçmiş nazir müavininin nə vaxt saxlandığı bildirilməsə də, ölkə mətbuatı onun 2019-2020-ci illərdə Mİ6 üçün casusluq etməsi ittihamı ilə həbs edildiyini yazıb.

Böyük Britaniyaya casusluq ittihamı ilə edam cəzasına məhkum edilən Əkbəri yanvarın 14-də öldürülüb. Əkbəri ilə əlaqəsini qəbul etməyən Britaniya hökmün icrasını kəskin şəkildə pisləyib.

Qeyd edək ki, Əli Rza Əkbəri 1997-2005-ci illərdə vəzifədə olmuş keçmiş prezident Məhəmməd Hatəminin dövründə müdafiə nazirinin müavini olub. Əkbəri İranın Ali Milli Təhlükəsizlik Şurasının hazırkı baş katibi Əli Şamhaniyə yaxın adam kimi tanınıb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR