Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Tehranla münaqişəni sona qədər diplomatiya yolu ilə həll etməyə çalışacaq, lakin son nəticədə İranın nüvə proqramını məhv etmək üçün əlindən gələni edəcək
Musavat.com xəbər verir ki, bunu ABŞ vitse-prezidenti J.D.Vens Fox News-a müsahibəsində deyib.
Onun dediyinə görə, Tramp mümkün olan qədər diplomatiyaya üstünlük verəcək: "O, bacardığı qədər diplomatiyaya sadiq qalacağını söylədi. Və diplomatiyanın tamamilə tükəndiyini, əlavə danışıqların bizi heç bir yerə aparmayacağına qərar verdikdən sonra prezident Tehranın uranın zənginləşdirilməsinə son qoymaq və İranın nüvə proqramını dayandırmaq üçün əlindən gələni edəcək. Prezident yekun qərarı verəcək”.
Vitse-prezident əlavə edib ki, Tramp İranla bağlı “nə edəcəyini və nə vaxt edəcəyini heç kimə deməyəcək”: “O, diplomatiyanın imkanlarının nə vaxt tükəndiyini və İranın nüvə proqramına malik olmadığından əmin olmaq üçün ABŞ ordusundan nə vaxt istifadə etməli olduğunu biləcək.
Düşünürəm ki, vaxt daralır, lakin prezidentin dediyi kimi, o, bir az daha gözləmək və diplomatiyanın nə edə biləcəyini görmək istəyir”. Vens həmçinin deyib ki, İranın nüvə silahından azad olması ABŞ-ın milli maraqlarına uyğundur.
Musavat.com
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ