Onlayn ictimai-siyasi qəzet
İranın Dehdəşt, Sınandaş (Sənəndəc) və Saqqız şəhərlərində yerləşən həbsxanalarda dörd məhbus dar ağacından asılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Məlumata görə, Dehdəşt zindanında edam edilən məhbus etnik lor olan 35 yaşlı Zəbihullah Ərcumənd və Sınandaş zindanında etnik kürd olan Xalid Ruhi və Sirus Heydərinin kimliyi bəlli olub. Saqqız şəhərində edam olunan məhbusun kimliyi barədə isə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, BMT-nin İranda insan haqlarının pozulmasına dair hesabatına əsasən, ötən illə müqayisədə bu il edamlar 98% artıb.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ