İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın sabiq hökumətindən molla rejiminə SƏRT SÖZLƏR: “...camaatı ac qoymuşuq”

 

İranın sabiq baş prokuroru, hazırda isə Qum Elmi Hövzəsinin Müəllimləri və Tədqiqatçıları Birliyinin katibi olan Ayətullah Hüseyn Musəvi Təbrizi molla rejimini tənqid edib.

Musavat.com xarici mediaya istinadən bildirir ki, Musəvi aşağıdakıları qeyd edib:

“Mən təəccüblənirəm ki, xalqın bu qədər çətinliklər yaşadığı bir şəraitdə vəzifəli və məsul şəxslər necə yuxuya gedirlər? Onların əlində, şübhəsiz, dəqiq məlumatlar və statistika var, ölkədə nə qədər adamın ac olduğunu, inkişaf getmədiyini bilirlər və görürlər ki, işçilərin maaşı ayın ortasına qədər çatmır.

Mən çox vaxt bazara özüm gedirəm, görürəm ki, insanlar bizə başqa cür baxır, başqa cür danışırlar. Haqları da var. Elə düşünürlər ki, biz xalqın pulunu yemişik və camaatı ac qoymuşuq.

Musəvi qeyd edib ki, hökumətdə iqtisadi məsələlərin kimin ixtiyarında olduğu məlum deyil. Məlum deyil ki, xalqın mənafeyini kim düşünür və kim qoruyur:

“Bu gün məsul şəxslər bir proqram irəli sürür, iki aydan sonra vəziyyət daha da pisləşir. Belə olan halda camaat hökumətə niyə inanmalıdır? Hər ildə, hər altı ayda bir vəd verirlər, sonra da həmin vədə əməl etmirlər.

Xalqın hakimiyyəti nə vaxta qədər dəstəkləyəcəyi məlum deyil. Xalqın dəstəyi qarşılıqlı və gerçək dəstək tələb edir. Xalqın dəstəyi o zaman real olur ki, hökumətdən, parlamentdən səmimiyyət və dəstək görür, proqramların nəticələrini əməli şəkildə öz həyatında və süfrəsində müşahidə edir.

“Bizim pulumuz günbəgün dəyərini itirir, başqalarının, əcnəbilərin pulu daha da dəyərli olur. Öz pulumuzu dəyərdən salmaqla, söydüyümüz ölkələrin pulunu dəyərə mindiririk, onların iqtisadiyyatını gücləndiririk.

“Amerikaya ölüm” deyirik, amma Amerikanın və onun tərəfdarlarının iqtisadiyyatının xeyrinə işləyirik”.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR