İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın molla rejimi ilə bağlı dünya ictimaiyyətinin fikirləri

 

Dünyanın tanınmış şəxs və qurumları tərəfindən İranın molla rejiminin idarəçiliyi, insan haqlarını pozan fəaliyyəti barədə münasibətlər yayılmağa davam edir.

Musavat.com Tvitterdə paylaşılan bu kimi açıqlamaların bir qismini təqdim edir:

Kanada senatoru Ratna Omidvar: “İrandakı zülmün mərkəzində SEPAH dayanır. Hökumət onu terrorçu təşkilatlar siyahısına salmalıdır. Mənim adım Omidvardır, tərcümədə “ümid” deməkdir və mənim azad İrana ümidim var”;

Avropa Parlamentinin üzvü Hanna Noyman: “Bir çoxları məndən SEPAH terrorçularına ən böyük müxaliflərin kim olduğunu soruşurlar: Polşa və Macarıstan hətta İran rejiminin Tehranda keçirilən bayram mərasimlərində də iştirak ediblər. Qəbuledilməzdir. Cozep Borreldən xahiş edirəm ki, Xarici Əlaqələr Şurasının növbəti iclasında bu məsələni qaldırsın”;

ABŞ-nin İran üzrə xüsusi elçisi Robert Melli: “İranla bağlı bir sıra regional məsələləri və çağırışları müzakirə etmək məqsədilə dostum və tərəfdaşım, İraqın xarici işlər naziri Fuad Hüseynlə görüşmək həmişə xoşdur”;

BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen: “Əvvəllər UNEP-də (BMT-nin ətraf mühit proqramı) birlikdə çalışdığımız həmkarımız Nilufər Bəyaninin həbs edilməsindən 5 il keçir. Son vaxtlar İran hakimiyyəti tərəfindən əfv fərmanlarının imzalanmasını nəzərə alaraq onun azadlığa buraxılmasını bir daha xahiş edirəm”;

“Freedom Now” təşkilatı: “İranda məcburi hicab haqqında qanuna etiraz etdiyinə görə 5 il həbs cəzası çəkən Səba Kord Əfşari də daxil olmaqla bir neçə qadın fəalın azadlığa buraxılması ilə bağlı xəbərləri alqışlayırıq”;

Amerikalı təhlilçi Maykl Doran: “İran mətbuatı amerikalıların UNO-larla bağlı çaşqınlığa düşməsindən zövq alır və bundan ABŞ-nin özünü müdafiə etmək qabiliyyətinə şübhə yaratmaq üçün istifadə edir”;

“Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatının əməkdaşı Kler Yungman: “İran açıq şəkildə tətbiq edilmədiyi üçün ABŞ-nin sanksiyalarından qorxmur. “Reuters” saytı xəbər verir ki, “WEN YAO” adlı tanker İran neftini Venesuelaya daşıyır. Tankerin auditi Amerika Dəniz Gəmiçilik Bürosu tərəfindən aparılıb və Panama Gəmi Reyestrində qeydiyyata alınıb. İran neftinin daşınmasında ABŞ şirkətlərindən istifadə edilməməlidir”;

“Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatının əməkdaşı Ceyson Brodski:

“İran İnternational” saytı xəbər verir ki, Birləşmiş Krallıq polisi Maqomed-Hüseyn Dovtayev adlı şəxsi iki gün əvvəl saytın qərargahı yaxınlığında məlumat toplayarkən həbs etdikdən sonra bazar ertəsi günü terrorizmdə ittiham edib. Birləşmiş Krallıq nə vaxt SEPAH terrorçularına qarşı sanksiya tətbiq edəcək?”;

“Avstriya vətəndaşı olsa da, adı Şərqi Avropalı kimi səslənir. Əgər belədirsə, bu hadisə İran rejiminin bu kimi əməliyyatlar üçün bu cür şəxslərdən istifadə etməsi modelinə tam uyğun gəlir. Məsih Əlinejadın işi üzrə son ittihamları xatırlayın”.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR