İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Laçın dəhlizi dərdi - Kənaninin açıqlaması

“İranın diqqəti Laçın dəhlizinin blokadasının tezliklə sülh yolu ilə aradan qaldırılmasına yönəlib”.

Konkret.az xəbər verir ki, bu barədə ISNA xəbər agentliyinə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib. O, ümidvar olduğunu bildirib ki, Laçın dəhlizinin “blokada”sının götürülməsi məsələsi tezliklə sülh yolu ilə, Azərbaycan və Ermənistan arasında dialoq yolu ilə həll olunacaq.

“İran İslam Respublikası həmişə Azərbaycan Respublikası ilə Ermənistan arasında mübahisələrin sülh yolu ilə həllinə önəm verib.

9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatının şərtlərinin tam yerinə yetirilməsi iki ölkə, Azərbaycan Respublikası və Ermənistan arasında fikir ayrılıqlarına son qoya bilər”, – Kənani deyib.

Bölgədə sülhün və sabitliyin bərqərar olmasının lüzumsuz gərginlikdən uzaq durmağı tələb etdiyini deyən Kənani Laçın dəhlizinin blokunun açılması məsələsinin dialoq yolu ilə tezliklə həll olunacağına ümid etdiyini bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR