İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın iki əyalətinin 3 polis bölməsinə silahlı hücum olub –19 ölü, 20 yaralı

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində polis bölməsinə silahlı hücum olub.

naməlum şəxslər polis bölməsini atəşə tutublar. Məlumatlı mənbənin verdiyi xəbərə görə, terror hücumu nəticəsində çox sayda polis əməkdaşı, yoldan keçən bir neçə nəfər yaralanıb. Yaralılar Zahidan xəstəxanalarına aparılıb.

Hücumdan sonra Sistan və Bəlucistan Təhlükəsizlik Şurası bildiriş yayaraq xalqı sakitliyə dəvət edib və yayılan şayiələrə əhəmiyyət verməməyi xahiş edib.

Yaralananlar və ölənlərin dəqiq sayı barədə məlumat verilməyib. (APA)

Fars agentliyinin məlumatına görə, ən azı 2 nəfər ölüb, onlarla insan yaralanıb.

Eyni zamanda, bu gün Zahidan şəhərində bir yanğınsöndürən maşın, bir təcili yardım stansiyası və bir bank şöbəsi etirazçılar tərəfindən yandırılıb. Həmçinin naməlum şəxs günorta namazı vaxtı avtobusu namaz qılanların üstünə sürüb. Yaralıların olduğu bildirilir.

Verilən məlumata görə, İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərində 3 polis mərkəzinə edilən silahlı hücumda 19 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bundan başqa Zahidan şəhərində silahlı şəxslər və təhlükəsizlik qüvvələri arasında toqquşmada Sistan və Bəlucistan əyalətinin Sepah qüvvələrinin kəşfiyyat komandiri Seyid Əli Musəvi həyatını itirib.

Silahlı şəxslər həmçinin bir neçə dövlət rəsmisinə qarşı uğursuz sui-qəsd cəhdi ediblər.

Zahidan şəhərində baş verən hadisələrlə bağlı 1 oktyabr tarixində şəhərin orta məktəblərində və universitetdə tətil elan edilib.

Zahidan şəhərində baş verən terror hadisəsinin məsuliyyətini “Ceyşul-Zülm” adlı terror qruplaşmasının üzərinə götürüb.

İran təhlükəsizlik qüvvələri baş verən terror hadisəsini törətməkdə şübhəli bilinənlərdən bir neçəsinin həbs olunduğunu bildirib. Onlardan külli miqdarda silah və sursat götürülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR