İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın bu ərazilərində aksiyalar keçirilib- SİYAHI

 

İranın Kərəc, Tehran şəhərlərində etiraz aksiyaları davam edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki,  etirazlarda Qəddar Xameneiyə ölüm!", "SEPAH-çıya ölüm!", " Bəsiciyə ölüm!", "Xameneiyə ölüm!", "Xameneyiyə ölüm!, Xomeyniyə lənət!", “Azadlıq!” və digər şüarlar səsləndirilib.

İranda etirazçılar küçələrdə molla rejiminə qarşı şüarlar yazaraq İranı tam azad edənə qədər davam edəcəklərini bildirirlər. 

Ekbatan şəhərinin etirazçıları gecə şüarlar səsləndiriblər: “Diktatora ölüm!”, “Yoldaşlarımızın qanına and olsun, axıra qədər dayanacağıq!”.

Azadlıq meydanında sosial şəbəkələrdə qadınların məcbur hicabsız fotosu yayılıb.

Cənubi Şahin məhəlləsində etirazçılar Xamneyiyə qarşı şüar səsləndiriblər.

Pərdisin səkkizinci mərhələsinin sakinləri də “Xamneyiyə ölüm!”, “Diktatora ölüm!” kimi şüarlar səsləndirib.

"Tasnim News"un xəbərinə əsasən, Dəmavənd bölgəsində din xadimi bıçaqla hücuma məruz qalıb.

Kərəcdə hökumət banerləri etirazçılar tərəfindən yandırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR