Onlayn ictimai-siyasi qəzet
Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayı Xalq artisti, rejissor İranə Tağızadəyə həsr olunub.
İranə Tağızadə 1957-ci il mayın 7-də Bakıda anadan olub. 1976-1981-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.
1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb.
Mərhum rejissor barədə xatirələrini bölüşən Xalq artisti Təranə Muradova İranə xanımın heç kimin qəlbinə dəymədiyini, lakin öz işinə çox böyük məsuliyyətlə yanaşdığını bildirib:
“Zəif aktyorun belə potensialını səhnədə ortaya çıxara bilirdi. Kimisə tamaşadan çıxarmaq istəyəndə çox düşünürdü. Bunu edəndə deyirdi ki istedadın çox böyükdür, sənə ayrı bir rol yaraşar. Beləliklə, həmin adam ondan incimirdi”.
Rejissora olan sevgisindən danışan həyat yoldaşı Əməkdar artist Firdovsi Atakişiyev isə qeyd edib ki, xəstəliyi dövründə iki il onun başının üstündən ayrılmayıb: “İstəyirdim ki, hər dəqiqəm onunla olsun. Fikirləşirdim, bu müddətdə birlikdə olaq ki, heç olmasa gözüm doymasa da, ürəyimi ovundurum. Həmişə deyirdi ki, sən mənə görə çox əziyyət çəkirsən, bütün görüşlərdən, işlərdən imtina edirsən”.
Ətraflı süjetdə:
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ