Onlayn ictimai-siyasi qəzet
İranda Zəngəzuru Qarabağla eyni müstəvidə hesab edənlər az deyil. Təsadüfi deyil ki, Qarabağın Azərbaycanın nəzarətində olması da Tehranda İranın maraqlarına böyük zərər kimi qəbul edilir.
Bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
“Ermənistan, xüsusilə də Zəngəzur ətrafında yaranmış vəziyyət (böhtandır - red.) İranı çox narahat edir. İranlılar bu riskləri (qondarma iddia - red.) neytrallaşdırmaq üçün Ermənistanla müxtəlif formatlarda, ilk növbədə hərbi sahədə dərin əməkdaşlığa hazırdırlar”, - deputat bildirib.
Abramyanın iddiasına görə, İranın müxtəlif dairələri ilə bu mövzular barədə ətraflı müzakirələr aparıb.
“Hraparak” qəzeti bundan əvvəl İran Prezidenti İbrahim Rəisinin Ermənistana Zəngəzurda hərbi bazanın yerləşdirilməsini təklif etdiyini yazmışdı./Teleqraf.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ