İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan ŞOK hərəkət - Azərbaycanla sərhədə qoşun yığır, nə etməyə hazırlaşır? – Azad İsazadə ilə “Canlı debat”

Sionist rejimin bölgədə olması ciddi təhlükədir. Region dövlətlərinin silahlı qüvvələri ilə hər hansı yaxın əməkdaşlıq olarsa, bu, region diplomatiyası və təhlükəsizliyi üçün yeni çağırışlar yarada bilər. Buna əhəmiyyətsiz yanaşmaq olmaz".

Musavat.com xəbər verir ki, bunu SEPAH-ın quru qoşunlarının koordinasiya mərkəzinin müdir müavini Əliəkbər Purcəmşidian bu gün İran silahlı qüvvələrinin Araz bölgəsində təlim keçirməsi ilə bağlı SEPAH-ın "Aşura" qanadının komandirləri ilə görüşündə deyib.

"Builki hərbi təlimlərimiz ötən ilkilərdən fərqlənir. Azərbaycan və Ermənistan İran üçün təhlükə deyil, amma orada bəzi baş verənlər təhdid sayılır. Bölgənin sərhədləri dəyişilməməlidir. İranın iqtisadiyyatı həmin dəhliz vasitəsilə ayaqdadır və biz təhdidlərə laqeyid yanaşa bilmərik", - deyə Əliəkbər Purcəmşidian əlavə edib.

Sözügedən təlim SEPAH-ın Quru Qoşunlarının "Aşura" Qərargahı tərəfindən Ərdəbil və Şərqi Azərbaycan vilayətlərində keçiriləcək.

Iran nəyə hazırlaşır? Nəyin mesajını verir? Buna hansı formada cavab verməliyik? Bu, yeni təhlükənin siqnalları sayılırmı?
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Azad İsazadədir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR