Onlayn ictimai-siyasi qəzet
Rəsmi Tehran İsrailin baş naziri Benyamin Netanyahunun iqamətgahına hücumda iştirakını inkar edib.
Musavat.com xəbər verir ki, bu barərə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bakai açıqlama verib.
O, hücumda İranı günahlandıran İsrailin baş naziri Netanyahunun bəyanatını təkzib edib.
İsmayıl Bakai jurnalistlərin iqamətgaha hücumla bağlı sualını cavablandırarkən deyib: “Sionist rejim yalan və faktların təhrifi əsasında formalaşıb və yalanın yayılması bu rejim və onun cinayətkar liderlərinin indiki və daimi təcrübəsidir”.
Toğrul İSMAYIL,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ