İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Azərbaycana qarşı növbəti təxribat - FOTO

İranın yarımrəsmi SNN.ir (“Tələbə”) İnformasiya Agentliyinin “Telegram” kanalında hava proqnozunda digər ölkələrdin rəsmi adları qeyd edilsə də, Azərbaycanın adı qərəzli şəkildə Bakı yazılıb.

Musavat.com xəbər verir ki, həmin kanal habelə, dünən Ermənistanın Azərbaycanla sərhəddə atəşkəsi pozması ilə bağlı yaydığı xəbərdə Ermənistanı öz adı ilə, Azərbaycanın adını isə “Bakı” yazıb:

“İki ölkənin sərhədində “Bakı” və Ermənistan ordusu arasında toqquşma davam edir.

“Bakının” Müdafiə Nazirliyi Ermənistanla hazırkı toqquşma zamanı azı üç əsgərinin həlak olduğunu təsdiqləyib”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR