İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Azərbaycana keçən 4 əfqan barəsində qərar verildi

İrandan Azərbaycana keçən 4 Əfqanıstan vətəndaşı tutulub. Onlar Astara rayonunun Armudlu kəndi ərazisindən Azərbaycana keçən zaman Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən saxlanılıblar.

Musavat.com xəbər verir ki, saxlanılan şəxslər bir müddət İrana gələrək orada tikintilərdə fəhləlik ediblər.

İfadələrində deyiblər ki, dolanışıqlarını təmin edə bilmədikləri üçün Azərbayana gəlməyi qərarlaşdırıblar.

Məhkəmə saxlanılan şəxslər barəsində 2 il həbs cəzası təyin edib. Cəzaları başa çatdıqdan sonra məcburi şəkildə ölkə sərhəddindən kənara çıxarılacaqlar.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Mart 2025

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR