İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan ABŞ-a 312,9 milyon dollarlıq ZƏRBƏ

İranda məhkəmə ABŞ-ın keçmiş prezidentləri Barak Obama və Corc Uoker Buş da daxil olmaqla 9 şəxs və qurumun İran Assambleyasına və Ayətullah Xomeyninin məqbərəsinə edilən terror hücumlarında rol oynadıqlarını əsas gətirərək 312,9 milyon dollar təzminat ödəmələrinə qərar verib.

Musavat.com xəbər verir ki, Tehran Mülki Məhkəməsində baxılan işdə ABŞ-ın keçmiş prezidentləri Barak Obama və Corc Uoker Buş, ABŞ Silahlı Qüvvələrinin istefada olan generalı Tommi Rey Franks, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Mərkəzi Komandanlıq (CENTCOM), ABŞ Maliyyə Nazirliyi, texnologiya və aerokosmik şirkət "Lockheed Martin" və Amerika Hava Yolları Qrupu daxil olmaqla 9 şəxs və qurum İŞİD kimi terror qruplarının təşkili və idarə olunmasında fundamental rolu olmaları səbəbindən günahkar bilinib.

Təqsirləndirilən şəxs və qurumlar barəsində 9 milyon 950 min dollar maddi təzminat, 104 milyon dollar mənəvi və 199 milyon dollar cəza təzminatı daxil olmaqla ümumilikdə 312,9 milyon dollar ödəmələrinə qərar verilib. Həmin pulların hücumlarda həyatını itirənlərin ailələrinə veriləcəyi bildirilir.

Qeyd edək ki, 7 iyun 2017-ci ildə terror təşkilatı İŞİD İran parlamentinə və ölkənin ilk dini lideri Ayətullah Xomeyninin İrandakı məqbərəsinə silahlı və bombalı hücum həyata keçirilib. Hadisə nəticəsində 12 nəfər ölüb, 43 nəfər yaralanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR