Onlayn ictimai-siyasi qəzet
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Bəmpur rayonunda “Məhəmmədan” postu yolunda terrorçular bomba quraşdırmaq istəyərkən partlayıb.
Bunu İranın Sistan və Bəluçestan vilayətinin prokuroru Mehdi Şəmsabadi deyib.
M.Şəmsabadinin sözlərinə görə, 2 terrorçu “Məhəmmədan” postu yolunda reyd avtomobilini partlatmaq üçün ölkəyə daxil olublar. Lakin bomba quraşdırılarkən partlayıb və terrorçulardan biri ölüb, biri isə hadisə yerindən qaçıb.
Şəmsabadi bildirib ki, ikinci terrorçunun tapılması üçün axtarışlar davam etdirilir.//Trend
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ