İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda terror aktı ilə əlaqədar iki nəfər açıq şəkildə EDAM EDİLDİ

Ötən ilin oktyabrında İranın Şiraz şəhərində 15 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilində iştirak edən iki nəfər İranda asılmaqla açıq şəkildə edam edilib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, ölüm hökmü iyulun 8-də səhər saatlarında terror aktının törədildiyi küçədə icra olunub.

Edam olunan şəxslər silahlı qiyam və milli təhlükəsizliyə zidd hərəkətlər törətməkdə təqsirli bilinib və mart ayında ölüm cəzasına məhkum ediliblər. Məhkəmə onları həmçinin İŞİD-ə üzv olmaqda təqsirli bilib.

Bundan başqa, iş üzrə təqsirləndirilən şəxs daha 3 nəfər İŞİD-ə üzv olmaqda təqsirli bilinib və müvafiq olaraq 5, 15 və 25 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2022-ci il oktyabrın 26-da İranın Şiraz şəhərində partlayış törədilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR