İnsanlara hürriyət, millətlərə istiqlal!

"İranda qadınlarımız zülmə məruz qalır"

“Urmiya gölü üçün heç bir addım atılmadı”

Musavat.com bildirir ki, bu fikri etnik məsələlər və qadın hüquqları üzrə aktivist, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Jalə Təbrizli "Urmu gölünün harayı" adlı tədbirdə bildirib.

Jalə Təbrizi İrandakı İslam rejiminin qadın haqlarını tanımadığını deyib:

“Qadına kişinin yarısı kimi münasibət göstərilir. Baş örtüyü məcburidir. Xüsusən də türk olan qadınlar zülm görür. Həm qadın, həm də türk olduqları üçün irqi ayrı-seçkiliyə məruz qalırlar. Bundan başqa, uşaqlarımız ana dilində təhsil ala bilmir. Hər uşaq məktəbə gedəndə sevinər, amma bizim uşaqlarımız ağlayırlar. Çünki müəllimin dilini bilmirlər. Bu səbəbdən də çoxları savadsız qalır".

Jalə Təbrizi quruyan Urmiya gölündən də söz açıb. O qeyd edib ki, İran hökuməti Urmiya gölünün bərpası üçün heç bir addım atmayıb:

“Beynəlxalq təşkilatlar, bəzi xarici dövlətlər Urmiya gölünün qurumasının qarşısını almaq üçün kifayət qədər vəsait ayırmışdı, lakin İran hökuməti bunu özünə xərclədi və Urmiya gölü üçün heç bir addım atılmadı. Xatırladım ki, gölün qurumasının əsas səbəbi suyun qabağının kəsilməsi, əkinçiliyin plansız formada genişləndirilməsidir".


Xalidə Gəray,
Musavat.com,
Fotolar müəllifindir

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR