İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda müəssisədə baş verən partlayışda 3 nəfər ölüb

İranın şimalındakı Mazandaran əyalətindəki müəssisədə baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” İranın İRNA agentliyinə istinadən xəbər verir ki, qəza Babol şəhərinin şərq hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisəyə səbəb müəssisədə çalışan işçilərin təhlükəsizlik qaydalarına əməl etməməsi olub. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onların vəziyyətləri həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilir.

Partlayış nəticəsində yanğın olub və o, müəssisənin ərazisinin təxminən yarısını məhv edib. Yanğın lokallaşdırılıb. Məlumata görə, digər sənaye obyektlərinə ziyan dəyməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR