İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda molla rejiminə qarşı etirazlara dünyadan REAKSİYALAR

İrandakı aksiyalar davam edir və bu, dünyanın da diqqətindədir.

Musavat.com xəbər verir ki, dünyada müxtəlif qurum və xəbər agentlikləri vasitəsilə İrandakı etiraz aksiyalarına reaksiyalar verilməkdədir.

Britaniya parlamentinin Leyboristlər Partiyasından olan üzvü Stiv Makkeyb ölkəsinin xarici işlər nazirinə yazdığı məktubda hökumətdən sanksiyaları gücləndirməklə yanaşı, İranın Londondakı müvəqqəti işlər vəkilini ölkədən qovmağı və Britaniya-İran münasibətlərinin səviyyəsini azaltmağı istəyib.

İran rəhbəri Əli Xameneyinin bacısı oğlu Mahmud Muradxani isə odlu-alovlu çıxışı ilə gündəmə gəlib. M. Muradxani deyib:

"Əli Xameneyinin başçılıq etdiyi rejim 40 ildən çoxdur ki, demokratiya, insan haqları və qadın hüquqlarına qarşı çıxır. İran rəhbərinin ölümü ilə hakim sistem dağılacaq. Hakimiyyət daxilində də Xameneyinin siyasəti ilə razılaşmayan şəxslər var, ancaq onların fikirlərini ifadə etmək imkanları yoxdur”.

1663709149323065913_1000x669.jpg (369 KB)

BMT isə hesab edir ki, İran qadınlara zülm edir və onların hüquqlarını pozur. BMT İranı gender bərabərliyinin təşviqinə və qadınların səlahiyyətlərinin artırılmasına həsr olunmuş Qadınların Statusu Komissiyasından çıxarır. 

İsrailin "Jerusalem Post" qəzeti Almaniya Federal Statistika İdarəsinin məlumatlarına istinadən yazıb ki, İslam Respublikasının İranda nümayişçilərə qarşı repressiyaları zamanı Almaniya İranla ticarətdən 1.2 milyard avrodan dan çox mənfəət əldə edib.

Beynəlxalq Amnistiya Təşkilatı İranda həbs edilən ən azı 26 etirazçının edam təhlükəsi ilə üzləşdiyini açıqlayıb.  Hollandiya hökuməti İranda əsas hüquq və azadlıqların davamlı şəkildə pozulduğunu pisləmək üçün İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb. İtaliyanın xarici işlər naziri Antonio Tacani də parlamentdə çıxışı zamanı İran səfirinin etimadnaməsini dövlət başçısına təhvil verməsindən dərhal sonra XİN-ə çağrılacağını bildirib.

Almaniya parlamentinin üzvü Martin Dienhofen İranın Almaniyadakı səfirinə məktub göndərərək, edam təhlükəsi ilə üzləşən etirazçılardan olan Məhəmməd Bruğəninin cəzasının dərhal ləğvini tələb edib. 

Kopenhagendə yaşayan iranlılar İrandakı etirazlara dəstək məqsədilə aksiya keçiriblər.

protestsiran.jpg (136 KB)

“Al-arabiya news”-dan verilən məqalədə deyilir ki, cümə günü bir qrup iranlı İslam Respublikasının Frankfurtdakı konsulluğunun qarşısındakı çadırlarda düşərgə ilə keçirdikləri aclıq aksiyasının son günləri idi. Səlahiyyətlilər tərəfindən “iğtişaşlar” kimi təsvir edilən etiraz aksiyalarında yüzlərlə insan həlak olub, minlərlə insan həbs edilib və bu, Almaniya da daxil olmaqla, bütün dünyada həmrəylik nümayişlərinə səbəb olub. Onlar yerli İran icmasından olan könüllülər şəbəkəsi tərəfindən dəstəklənib və sağlamlıqlarının təhlükədə olmadığından əmin olmaq üçün gündəlik tibbi müayinədən keçiblər. Tərəfdarlardan biri Fariba, iranlıların "böyük bir ailə kimi" bir-birlərinə kömək etmək üçün toplaşdıqlarını söyləyib.

“The Times of İsrael”-dan verilən məlumata görə Kaliforniyalı bir qadın cümə axşamı Nyu-Yorkda yaşayan tanınmış iranlı müxalif fəalı oğurlamaq və onu Tehrana geri aparmaq planında bilmədən etdiyinin günahını etiraf edib. ABŞ prokurorları Niloufar Bahadorifar-ı İran hökumətinin qadınlara münasibətinə və digər məsələlərə görə tənqid edən jurnalist Məsih Əlinejadı oğurlamaq planında iştirak etməkdə ittiham etməyib. Lakin səlahiyyətlilər bildiriblər ki, fəalı oğurlamağı planlaşdıran dörd iranlı onu izləmək üçün amerikalı xüsusi müstəntiqə pul ödəyib və Bahadorifardan vasitəçi kimi istifadə ediblər. Bahadorifar məhkəmədə bildirib ki, pulun müstəntiqə müşahidə aparması üçün xərcləndiyindən xəbərsizdir. O, hakimə bildirib ki, o, İranda uzun müddət ailə dostu olan dövlət məmurunun adından PayPal vasitəsilə müstəntiqə pul göndərib. Hakim tərəfindən cəzalı qərarı alınmasada növbəti hökm aprelin 7-də baş tutacaq.

“İ24 news”-dan verilən məlumatda İnsan haqları qruplarının paylaşdığı görüntülərdə Mahsa Əmininin ölümü ilə başlayan etirazların dördüncü ayı və İranın cənub-şərqində cümə günü yüzlərlə insan yenidən küçələrə çıxıb. Osloda yerləşən İran İnsan Haqları Təşkilatının (IHR) paylaşdığı videoya görə, Sistan-Bəlucistan əyalətinin paytaxtı Zahedanda etirazçılar ali lider Ayətullah Əli Xamneyini hədəf alaraq "diktatora ölüm" şüarları səsləndiriblər. İranda üstünlük təşkil edən şiə qolu deyil, sünni İslamı qəbul edən vilayətin Bəluci azlığı uzun müddətdir ki, ayrı-seçkilikdən şikayətlənib. Analitiklər deyirlər ki, bəluclar Amininin ölümü ilə bağlı alovlanan etirazlardan ilhamlanıb, əvvəlcə qadın hüquqları ilə bağlı idisə də, genişlənərək başqa şikayətləri də əhatə edib.

sdsd.png (583 KB)

“Al-arabiya news”-da verilən məqalədə Almaniyadakı iranlı qaçqınların sayının xeyli artması qeyd olunub. İran rəhbərliyinin rejimi tənqid edənlərə qarşı vəhşicəsinə repressiyaları etirazçılardan getdikcə daha çoxunu qaçmağa sövq edir. Bu ilin sentyabrında Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin məlumatına görə, 613 iranlı sığınacaq üçün müraciət edib, oktyabrda bu rəqəm 892, noyabrda isə 1039 iranlı olub. Bundestaqdakı Yaşıllar qrupu rejimi tənqid edənlərə tez köməyə çalışırlar. Siyasətçi Julian Pahlke deyir ki, İrandan olan qaçqınlara Almaniyada müdafiə və sığınacaq verilməlidir: "Biz İrandakı insanlara kömək etmək istəyi ilə rejimin vəhşiliyinə reaksiya verməliyik”.

Noyabrın əvvəlində Bundestaq etiraz hərəkatının dəstəklənməsi lehinə çıxış edib. Millət vəkilləri federal hökuməti İrandakı vəziyyətlə bağlı Aİ-nin xüsusi şurasını çağırmağa və etiraz hərəkatına daha çox dəstək verməyə, məsələn, şifrəli telefon əlaqələri, internet və peyk rabitəsinə çıxış təmin etməyə çağırıblar. Təklif səs çoxluğu almadan qalıb.

“Bloomberg” xəbər saytına əsasən, iğtişaşlar İranın güc strukturunda çatlar yaratmağa başlayıb. Müəllif iddia edir ki, rejim dəyişikliyi baş verdiyi təqdirdə, demokratik İran ABŞ üçün yaxşı müttəfiq ola bilər. Belə ki, İranın böyük əhalisi, strateji geosiyasi mövqeyi, zəngin təbii ehtiyatları, geniş tarixi və mədəniyyəti, ərəb ölkələrindən fərqli olaraq təbii sərhədləri və bütün bunlara görə də, böyük siyasi və iqtisadi potensialı var. Lakin “molla rejimi” İranın bu potensialına mane olur. Müəllif, həmçinin qeyd edir ki, sonuncu iğtişaşlar bundan əvvəlkilərdən daha innovativ vasitələrlə həyata keçirildi və tək bir lideri olmadan davam edir. Demokratik yöndə rejim dəyişikliyi Berlin divarının dağılmasına bənzədilir. Bu dəyişiklik nəinki ABŞ, hətta monarxiya ilə idarə olunan ərəb ölkələri tərəfindən də müsbət qarşılana bilər. Nəticədə, yeni İran Orta Şərq üçün nisbi sülh vəd edir. Digər tərəfdən, müəllif hesab edir ki, demokratik İran əvvəlcə Qərblə sıx münasibətlər qursa da, daha sonra avtoritar Çinlə yaxınlaşacaq. Sonda qeyd edilir ki, iğtişaşlar üçün digər ssenarilər də mövcuddur. Bunlardan biri idarəetmənin İslam İnqilabı Keşikçiləri Korpusuna keçməsi, digəri isə etnik azlıqlara (azərbaycanlılar, kürdlər və s.) muxtariyyət verilməsidir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR