İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda molla rejimi 70-i uşaq olmaqla 517 nəfəri öldürüb

 

 

İranda davam edən nümayişlərdə 70-i uşaq olmaqla 517 nəfərin rejim tərəfindən öldürülüb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İnsan Hüquqları Müdafiəçilərinin xəbər agentliyi yayıb. Məlumatda bildirilib ki, 68 nəfər hökumət qüvvələrinin təmsilçisi öldürülüb.

19.262 nəfərin tutulub, onlardan 696 nəfəri tələbdir. Eləcə də, etirazlara görə 686 nəfər məhkum edilib.

Habelə bu müddət ərzində 163 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı 1241 nümayişlər həyata keçirib və 144 universitetin öyrəncisi bu etirazları dəstəkləyiblər.

Etirazlar zamanı yarımhərbi "Bəsic" qüvvələrinin üzvü Seyid Ruhullah Əcəmyanın ölümündə günahkar bilinən Məhəmməd Hüseyni və Məhəmməd Mehdi Kərəminni Kərəcdə dar ağacından asılıblar.

Təbriz İncəsənət Universitetinin heykəltəraşlıq fakültəsinin öyrəncisi Şaqaiq Əlizadə İran təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Ona qarşı irəli sürülən ittiham və harada saxlanıldığı barədə hələlik məlumat yoxdur.

“Qeyri-qanuni toplantılara qatılaraq dağıdıcı şüarlar səsləndirməklə ölkənin milli təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaqda”, “İran rəhbərini təhqir etməkdə” ittiham olunan Azərbaycan Milli Hərəkatının Urmiyada yaşayan fəalı Davud Kabali Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhər İnqilab və Cinayət məhkəməsində "ictimai asayişi və nizam-intizamı pozmaq", "vəzifəsini yerinə yetirərkən zabitlərə tabe olmamaq" ittihamları ilə mühakimə olunub. O, 5 il 6 ay həbs, 30 şallaq zərbəsi, 250 saat məcburi əmək cəzaları alıb və 9 milyon tümən (~250 dollar) cərimə edilib.

 

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR