Onlayn ictimai-siyasi qəzet
İranın İnqilab Keşikçiləri Korpusunun qüvvələri ölkənin şimal-şərqindəki Xorasan-Razavi vilayətində İsrailin “Mossad” kəşfiyyatına bağlı casus qrupunu zərərsizləşdirib.
Musavat.com xəbər verir ki, məlumatlara görə, qrup üzvləri İsrail agentlərinə ölkənin strateji və gizli hərbi obyektləri, eləcə də yüksək rütbəli hərbi şəxslər barədə məlumat ötürürdülər.
KSIQ-nin açıqlamasına görə, casuslar dövlət və hərbi rəsmilərə qarşı əməliyyatlar planlaşdırır, eləcə də Məşhəd şəhərində mühüm obyektləri məhv etməyə çalışırdılar. Əməliyyat zamanı böyük miqdarda raket buraxma qurğuları, bombalar, partlayıcı maddələr və mina-tuzak komponentləri aşkarlanıb.
Bu hadisə İranın milli təhlükəsizliyinə qarşı ciddi təhlükə kimi qiymətləndirilir və ölkədə casus şəbəkələrinin ifşa edilməsinin önəmini bir daha göstərir.
Musavat.com
01 Sentyabr 2025
31 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ