İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda iki etirazçının edam edilməsinə dünyadan QINAQ

 

Tviterin xarici seqmentində müxtəlif dövlət nümayəndələri İranda iki etirazçının edam edilməsinə münasibət bildiriblər.

Musavat.com onlardan bir neçəsini təqdim edir:

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays: “İranın saxta məhkəmələrini, həmçinin Məhəmməd Mehdi Kərəmi və Məhəmməd Hüseyninin edam olunmasını ən kəskin şəkildə pisləyirik. Bu edamlar rejimin etirazları yatırmaq səylərinin əsas tərkib hissəsidir. İranı amansız repressiyasına görə məsuliyyətə cəlb etmək üçün tərəfdaşlarımızla işləməyə davam edirik”;

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı: “Məcburi etiraflara əsaslanan ədalətsiz məhkəmələrdən sonra daha iki etirazçının, Məhəmməd Mehdi Kərəmi və Məhəmməd Hüseyninin edam edilməsindən dərin təəssüf hissi keçiririk. Beynəlxalq səviyyədə etirazlara baxmayaraq İranın etirazçıları edam etməyə davam etməsi dəhşət vericidir. İranı bütün edamları dayandırmağa çağırırıq”;

Senator Bob Menendezin rəhbərlik etdiyi ABŞ Senatının xarici əlaqələr komitəsi: “İran rejimi dəfələrlə göstərib ki, onun keçməyəcəyi sərhəd yoxdur. İndi də İran təhlükəsizlik qüvvələri Cavanrud şəhərində bütöv bir ailəni oğurlayıb aparıb”;

“Human Rights Watch” təşkilatının əməkdaşı Lotte Leyx: “İran hakimiyyətinin xalq nümayişlərini zorakılıqla yatırmasının” növbəti sübutu. Aİ İranda davam edən etirazlarla əlaqədar həbs edilən və edam cəzasına məhkum edilən Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyninin edam edilməsi xəbərindən dəhşətə gəlib”;

Kanada senatoru Ratna Omidvar: “Bu gün PS752 saylı uçuşun qurbanlarını yad etmək, eləcə də ədalətin və hesabatlılığın vacibliyini vurğulamaq üçün Torontodakı “PS752 saylı Uçuş Qurbanlarının Ailələri Assosiasiyası” təşkilatına qoşuldum. İran öz hərəkətlərinə görə cavab verməlidir”;

Almaniya Bundestaqının üzvü Ye-One-Ri: “Biz hər şeyi görürük. Ağrı. Əzab. Kədər. Cinayətləri də görürük. Zorakılıq. Terror. Hamısını görürük və xatırlayacağıq. Bütün bunların nəticələri olacaq”;

ABŞ-nin İran üzrə xüsusi elçisi Robet Melli: “Rejimin saxta məhkəmələr quraraq daha iki iranlı gənci edam etməsi xəbərindən dəhşətə gəldim. Bu edamlara son qoyulmalıdır. Biz və dünyadakı hər kəs İran rəhbərliyini məsuliyyətə cəlb etməyə davam edəcəyik”.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR