İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda hüquq müdafiəçisi həbs edilib - FOTO

İranın Gilan əyalətinin Rəşt şəhərindən olan qadın hüquqları müdafiəçisi Tina Delcu həbsə atılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, o, birillik həbs cəzasını çəkmək üçün saxlanılaraq Rəşt şəhərinin Lakan zindanına köçürülüb.

Tina Delcu dövlət quruluşu əleyhinə təbliğat aparmaqda ittiham edilib.

Qeyd edək ki, hüquq müdafiəçisi daha öncə sosial mediadakı paylaşımlarına görə həbs olunub, bir müddət sonra isə girov müqabilində sərbəst buraxılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR