İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda güclü zəlzələ olub

Bu gün yerli vaxtla 12:15 radələrində İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətinin Roştxar rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.

Musavat.com-un Trend-ə istinadla məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Məlumata görə, 8 km dərinlikdə baş verən yeraltı təkanlar əhalinin təşvişə düşməsi ilə nəticələnib.

Zəlzələ nəticəsində ehtimal olunan dağıntı və insan itkisi haqda məlumat verilməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR