Onlayn ictimai-siyasi qəzet
İranda qadınlar bu həftə qüvvəyə minəcək yeni məcburi əxlaq qanunlarına məhəl qoymasalar, onları ölüm hökmü və ya 15 ilə qədər həbs cəzası gözləyir.
İranda bu həftə qüvvəyə minəcək "Mədəni iffət və hicab" qanununu pozan qadınlara ağır cəzalar tətbiq ediləcək.
Yeni qaydalara əsasən, "çılpaqlığı, əxlaqsızlığı, açıqlığı və ya qeyri-münasib geyimi təbliğ edənlər" 15 900 dollara qədər cərimə, qamçılama və 5 ildən 15 ilədək həbs cəzası ilə üzləşə bilərlər. Daha ciddi hallarda isə, qadınlar İran Cinayət Məcəlləsinin 296-cı maddəsinə əsasən ölüm cəzasına məhkum edilə bilər.
Qeyd olunur ki, dekabrın əvvəlində qəbul edilən bu qanun ictimaiyyət arasında geniş narazılıqlara səbəb olub./Milli.Az/
12 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ