İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etirazlarda ölənlərin sayı 488-ə çatdı

İranda etirazlarda 488 nəfər həlak olub.

Musavat.com bildirir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb.

Bildirilib ki, ölənlərin 64-nün yaşı 18-dən az olan şəxslərdir.

Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 18 259 nəfər həbs olunub. Onlardan 3 784 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 625 nəfər tələbədir. Nümayişlərə 143 universitetin öyrənciləri qoşulub.

Məlumata görə, ölkənin 161 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 62 nümayəndəsi öldürülüb.

Qeyd edək ki, İranda Hüquq Müdafiəçiləri təşkilatı (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.

Toğrul İMSAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR