İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etiraz aksiyaları davam edir: Bu şəhərlərdə izdiham yaşanır- SİYAHI

İranın Əhvaz, Kərəc, Nurabad, Tehran şəhərlərində etiraz aksiyaları davam edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, etirazlarda “İrandan getməcəyik, İranı geri alacağıq!” şüarı səsləndirilib.

İran məktəblərində şagirdlər Xomeyni və Xameneyinin şəkilləri olan bayraqları etiraz əlaməti olaraq yandırıblar.

Məktəbli qız Xameneyinin şəklini tapdalayıb.

İranın Tehran, İsfahan, Məşhəd, Kərəc və digər şəhərlərində gecə Şervin Hacıpurun etirazlar üçün yazılmış “Üçün” mahnısı etirazçılar tərəfindən səsləndirilib.

Tehranınmərkəzində Himmət küçəsində etirazçılar Xameneyinin əleyhinə şüarlar yazılmış poster asıblar;

bəzi yerlərində Xomeyni və Xameneyinin şəkillərinin olduğu baner etirazçılar tərəfindən yararsız hala salınıb.

Etirazçılar hökumət əleyhinə şüar səslənidiriblər: “İrandan getməcəyik, İranı geri alacağıq!”

 

Əlburz əyaləti:

Kərəcdə etirazçılar  Əli Xamneyinin təsviri olan hökumət pankartının yandırıb.

Fars əyaləti:

Nurabad şəhərində etirazçılardan biri yolda gedən iki mollanın başından əmmamələrini vurub yerə salıb.

Xuzistan əyaləti:

Əhvaz şəhərində Şəhid Çəmran Universitetində çıxış edən hökumətin sözçüsü Əli Bəhaduri Cəhromi tələbələr tərəfindən boykot edilib.

Mazandaran əyaləti:

Babol şəhərində "Fəcr ongünlüyü" münasibətilə hökumət tərəfindən quraşdırılmış baner yandırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR