İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda daha bir etirazçı dar ağacından asıldı

İranın Məşhəd şəhərində Məcid Rza Rahnəvərd ictimaiyyətin qarşısında dar ağacından asılıb.

Musavat.com İran telegram kanallarına istinadən xəbər verir ki, bu barədə İranın Xorasan-Rezevi əyalətinin ədliyyə idarəsinin başçısı Qulaməli Sadeqi bildirib.

Onun sözlərinə görə, edam hökmü “əmin-amanlığın, təhlükəsizliyin bərpa olunması uğrunda qiyamçılara və qanunu pozanlara qarşı mübarizə” çərçivəsində icra olunub.

Qeyd edək ki, bu, barəsində ölüm hökmü çıxarılan ikinci edamdır. Bundan əvvəl Möhsün Şekari dar ağacından asılmışdı.

Toğrul İMSAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR