İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda aksiyalar davam edir - Bəsic bazaları yandırılıb

İranda molla rejiminin əleyhinə etiraz aksiyaları davam edir.

Musavat.com xəbər verir ki, İranın Buşehr, Əlburz, Rəşt, İlam, Tehran, Məşhəd və bir sıra şəhərlərində etiraz aksiyaları davam edib. Etirazlarda “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” və digər şüarlar səsləndirilib.

Tehranın Hemmət prospektində Qasim Süleymaninin baneri etirazçılar tərəfindən yandırılıb;

Pars bölgəsində Bəsic qüvvələrinin bazası etiraz edən gənclər tərəfindən yandırılıb.

• Təbrizdə yaşayan milli fəal Əli Şadi təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb.

• Buşehr əyalətində etirazçılar cümə imamının qərargahına çox sayda Molotov kokteyli atıblar.

• Koçuyi şəhəri həbsxanasının aclıq keçirən 15 məhbusdan bəzilərinin ailələri həbsxana qarşısında aksiya keçiriblər.

• Mərvdəşt şəhərində gənc oğlan rejimə etiraz məqsədilə Qasim Süleymaninin banerini yırtıb.

• Çuvar şəhərində yerləşən neft-kimya şirkətinin işçiləri etiraz aksiyası keçirib.

• İran hökuməti etirazları yatırmaq üçün Səmirom şəhərinə ağır texnika və canlı qüvvə yeridib.

• Kirman əyalətində etirazçılar Qasim Süleymaninin banerinə qan simvolu qırmızı boya atıblar.

• Cavanrud şəhərində: gənc idmançı Aso (Sivan) Yarin təhlükəsizlik qüvvələri tərəfindən aparılıb;

15 yaşlı şagird Zana Səhragerd hökumət qüvvələrinin onun valideyninin evinə hücumu nəticəsində həbs edilərək naməlum yerə aparılıb.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR