İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda 71-i uşaq olmaqla 528 nəfər öldürülüb

 İnsan Hüquqları Müdafiəçilərinin xəbər agentliyi İranda davam edən nümayişlərdə 71-i uşaq olmaqla 528 nəfər rejim tərəfindən öldürüldüyünü bildirib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, agentlik  70 nəfər hökumət qüvvələrinin təmsilçisi öldürüldüyünü qeyd edib. Digər statistika isə aşağıdakı kimidir:

18 yaşdan aşağı həbs olunanların sayı 179-dur;

19.623 nəfərin tutulub, onlardan 719 nəfəri tələbədir;

Şəxsiyyəti təyin olunanlar 5141 nəfərdir;

Eləcə də, etirazlara görə 777 nəfər məhkum edilib;

Ümumilikdə, həbs cəzalarının sayı 14005-dir;

Ölüm hökmü verilənlər 112 nəfərdir;

Edam edilənlərin sayı 4-dür;

Habelə, bu müddət ərzində 164 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı 1266 nümayişlər həyata keçirib və 144 universitetin tələbəsi bu etirazları dəstəkləyiblər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR