İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda 26 yaşlı qadın rejim cəlladları tərəfindən qaçırılıb - Foto

İranın Qəzvin əyalətinin Əlvənd şəhərindən olan 26 yaşlı Hadisə Nəcənd qaçırılıb.

Bu barədə “Azad İran” teleqram kanalı məlumat verib.  

Məlumata görə, o, 3 yaşlı övladını uşaq bağçasına qoyduqdan sonra naməlum şəxslər tərəfindən oğurlanıb. Onun barəsində heç bir məlumat yoxdur. Ailəsi və yaxınları polisə müraciət etsələr də, onlara cavab verilməyib.

Hadisə Nəcənd bloger olub və onun bir neçə gün öncə öz instaqram səhifəsində Məhsa Əmini ilə bağlı paylaşım etdiyi qeyd edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR