Onlayn ictimai-siyasi qəzet
“Balaca” HƏMAS-ı il yarımdır bitirə bilməyən İsrail İranımı bitirəcək?
İsrailin İrana etdiyi son hücumla əlaqədar ən müxtəlif iddialar səslənməkdədir.
Musavat.com xəbər verir ki, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadənin iddiası daha çox diqqət çəkib.
O hesab edir ki, bu hücumda ABŞ da iştirak edib:
“Bir “balaca” HƏMAS-ı il yarımdır (2023-cü ilin 7 oktyabrından bəri) məğlub edib bitirə bilməyən İsrail İranımı bitirəcək? İranla müharibədə təkbaşına qalib gələ bilməyəcəklərini İsrail hərbi komandanlığı da anlayır. Bu barədə İsrailin keçmiş müdafiə naziri Qantz və baş nazirləri Lapid və Barak dəfələrlə açıq çağırış ediblər. Lakin BiBi mövqeyində israrlıdır.
ABŞ gecə hücumunun təşkilində iştirak etmədiyini bildirsə də, bu, inandırıcı deyil, əks təqdirdə hərbi-diplomatik personalını regiondan çıxartmazdı. İranla İsrailin müharibəsi uzansa, (İran artıq qırmızı qisas bayrağını qaldırdı və müharibənin uzun çəkəcəyini bildirdi) anti-İran koalisiyası yaradıla bilər.
Türkiyə və Azərbaycan qonşu dövlətlər olaraq öz sərhədlərində təhlükə istəmədikləri üçün belə bir koalisiyada heç vaxt yer almazlar”.
Cavanşir ABBASLI
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ