İnsanlara hürriyət, millətlərə istiqlal!

İran, yoxsa İsrail ? - Paytaxt sakinlərinin sadə suala açıq cavabı (Video)

İran Azərbaycanın İsraillə olan dostluq münasibətlərini qısqanır. Lakin unudur ki, onun özü Azərbaycana düşmən olan Ermənistanla dostluq -qardaşlıq və ən yaxın müttəfiqlik statusundadır. İran Azərbaycana dost, ən azından, mehriban və dürüst qonşu olsaydı, Azərbaycanın bəlkə də İsrailin dəstəyinə, yaxınlığına ehtiyacı qalmayacaqdı...

Belə vəziyyətdə İsrail də yaranmış durumdan öz mənfəətlərinə uyğun istifadə etməyə, İran -Azərbaycan münasibətlərini daha da gərginləşdirməyə çalışır.

Ötən həftə Tel-Əvivin Bakıdakı səfiri Corc Dikin tviter hesabında "Təbrizin sehrli nağılları" kitabı ilə paylaşımı da bu qəbildəndir.

Məsələnin maraqlı tərəfi budur ki, açıq -aydın diplomatik fitnə hesab olunan həmin paylaşım Azərbaycan ictimaiyyətində böyük dəstək qazandı. Bu da ölkə ictimaiyyətinin İranın Vətən müharibəsində və ondan sonra Azərbaycana sərgilədiyi düşmən münasibətə bir növ cavabıdır.

Bu paylaşımdan sonra İran səfiri Seyid Abbas Musəvi İsrail səfirini açıq hədələyən paylaşım etdi...

Bəs Azərbaycan bu məslədə kimin yanında yer almalıdır? Azərbaycan kimi dəstəkləməlidir? Siz özünüz konkret olaraq, kimi dəstəkləyirsiz?

Mövzu ilə bağlı TV Müsavatın əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib, onların fikirlərini öyrənməyə çalışıb.

 

Anar Əhməd,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR