Onlayn ictimai-siyasi qəzet
İran yeni "Etemad" adlı ballistik raketini təqdim edib.
Musavat.com İRNA-ya istinadən xəbər verir ki, fars dilində "etibar" mənasını verən raket 1700 kilometr məsafəni qət etmək qabiliyyətinə malikdir.
Raket bazar günü Tehranda prezident Məsud Pezeşkianın da iştirak etdiyi mərasimdə nümayiş etdirilib.
"Etemad" İran Müdafiə Nazirliyi tərəfindən hazırlanan ən son ballistik raketdir. Raketin uzunluğu 16 metr, diametri isə 1.25 metrdir. Raket idarə olunan başlıqla təchiz edilib.
Prezident Pezeşkian televiziya ilə çıxışında İranın müdafiə qabiliyyətini yüksək qiymətləndirərək, ölkənin hərbi gücünün özünümüdafiə üçün nəzərdə tutulduğunu və digər xalqlar üçün heç bir təhlükə yaratmadığını deyib.
@@TVmusavat/107467@@
Musavat.com
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ