Onlayn ictimai-siyasi qəzet
Amerika tərəfi hesab edir ki, Tehran aprelin 14-də səhər saatlarında İsrail ərazisinə hücum edə bilər, Amerika administrasiyasındakı adı açıqlanmayan mənbə "Əl-Cəzirə" telekanalına bildirib.
Musavat.com xəbər verir ki, ABŞ hesab edir ki, hücum ehtimalı “yüksəkdir”.
"Biz İsrailə qarşı genişmiqyaslı hücum ehtimalından dərin narahatıq. İranın aprelin 14-də, bazar günü səhər tezdən İsrailə hücum edəcəyi ehtimalı yüksəkdir”deyə, telekanal ABŞ-dakı mənbəsinə istinadən yaydığı xəbərdə deyilir.
Qeyd olunur ki, İsrail məktəbləri İranın mümkün hücumu səbəbindən dərsləri ləğv edib. Bu arada Pentaqon İranın hücumu halında İsrailə tam dəstək vəd edib.
Xatırladaq ki, İsrail ordusu aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğunun binasına hava hücumu həyata keçirib. Hadisə nəticəsində İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) ikisi general olmaqla 7 üzvü həlak olub. Hücumdan sonra İran qisas alacağına söz verib.
Musavat.com
11 Noyabr 2024
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ