İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Xəzər dənizində hərbi təlimlər keçirir

İran Xəzərdə hərbi təlimlərə başlayıb.

Məlumata görə, Xəzər dənizində keçirilən “Dayanıqlı Təhlükəsizlik 1401” təlimi dəniz qırıcıları, təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları, elektron döyüş sistemləri də daxil olmaqla müxtəlif bölmələrin iştirakı ilə aparılır.

Hərbi Dəniz Qüvvələri komandanının müavini, kontr-admiral Həmzə Əli Kaviyani bildirib ki, hər il keçirilən təlimin məqsədi bölmələrin hazırlığını yoxlamaq və təcrübəsini artırmaqdır.

Xəzər dənizini qonşu ölkələr arasında “sülh və dostluq dənizi” olaraq xarakterizə edən Kavyani, “Bu dənizin nizamını və təhlükəsizliyini heç kimin pozmasına icazə verməyəcəyik” deyə bəyan edib.

Mənbə: IRNA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR